Tərcümə sahəsində insan kapitalına və texnologiyaya sərmayələri ilə seçilən VERO Translation yeni korporativ dəsti-xəttini təqdim etdi. Şirkətin yeni korporativ dəsti-xətti Marcom Marketinq və Kommunikasiyalar şirkəti tərəfindən hazırlanmışdır.
VERO Translation şirkətinin direktoru Əli Əhmədov yeni loqonun onların fəlsəfəsini tamamladığını söylədi. “Biz bu prosesin uzun və yorucu olacağını düşündüyümüz halda Marcom verdiyimiz tapşırığın öhdəsindən ilk dəfədən gəlməyi bacardı. Rebrendinq işləri başa çatdıqdan sonra VERO Translation şirkətinin yeni veb-saytı üzrə işlərə başlamağı planlaşdırırıq. İnanırıq ki, Marcom şirkəti bu istiqamətdə də nəzərdə tutduqlarımızı doğru şəkildə həyata keçirəcəkdir.”
Marcom şirkətinin icraçı direktoru Ceyhun Fərzəliyevin sözlərinə görə loqo “Alfabetik” üslubda yığılmışdır. “Loqonun tərtibatında şirkət adı daha müasir və fərqli formada təqdim olunmuşdur. VERO tərəfindən qarşımıza qoyulan məqsəd loqo daxilində şirkətin məramını və baxış bucağını özündə cəmləşdirəcək elementin əks olunması idi. Biz də şirkət olaraq çalışdıq ki, təqdim etdiyimiz loqo nümunəsində şirkətin əsas fəaliyyət istiqamətində sahəyə olan baxış bucağını və şirkətin göstərdiyi xidmətlərin keyfiyyətini əks etdirək. Tərəfimizdən müştəriyə cəmi 2 loqo konsepti təqdim olunmuşdu və onların da seçimi bu oldu. Hal-hazırda yeni loqonun şirkətə aid bütün yazılı, elektron sənəd, xəbər və reklam formalı nəşrlərdə əks olunması istiqamətində işlər gedir.”
Qeyd edək ki, VERO əvvəllər bazarda ING Translations adı ilə fəaliyyət göstərirdi. Şirkət hal-hazırda yerli və xarici bazarda payını artırmaq üçün Marcom-la strateji əməkdaşlıq üzrə danışıqlar aparır.