Azərbaycanda tərcümə sahəsinin inkişafı və yeni tərcüməçilərin formalaşması üçün səy göstərən VERO Translation yenilənmiş veb-saytını təqdim etdi. Yenilənmiş saytı Marcom Marketinq və Kommunikasiyalar şirkəti hazırlamışdır.
VERO Translation şirkətinin direktoru Əli Əhmədov görülmüş işlərlə bağlı öz fikirlərini bildirdi: “Marcom-la əməkdaşlığımızı yüksək qiymətləndiririk. Şadam ki, layihənin uğurla tamamlanması istiqamətində bizə dəstək olmaqla yanaşı, məsələnin texniki tərəfi ilə bağlı da bizi maarifləndirirdilər. Düşünürəm ki, bu bir başlanğıcdır və əməkdaşlıq imkanlarımızı daha da genişləndirə biləcəyik. Marcom-un tərcümə sektorunda təqdim etdiyi unikal həll və monetizasiya yolları bizim gələcək planlarımızla uyğunluq təşkil edir. Biz bu istiqamətdə əməkdaşlığı davam etdirməkdə maraqlıyıq.”
Marcom şirkətinin icraçı direktoru Ceyhun Fərzəliyevin sözlərinə görə veb-sayt üzrə işlərin birinci mərhələsi uğurla tamamlanmışdır. “Tərcümə sahəsində Google standartlarına uyğun veb-layihə hazırlamaq bizim üçün böyük əhəmiyyət kəsb edir. Layihənin icrası prosesində istifadəçilərin davranış qaydalarını və şirkətin fəlsəfəsini maksimum şəkildə nəzərə almağa çalışmışıq. VERO üçün təqdim etdiyimiz administrator paneli 90%-lik funksionallığa malikdir ki, bu da müştərinin saytda dəyişikliklər etməyinin sərbəstliyini daha da artırır. Növbəti mərhələdə saytın Google axtarış sistemində yuxarı sıralara çıxması istiqamətində SEO Optimizasiya işlərinə start verməyi planlaşdırırıq.”
Qeyd edək ki, VERO Translation şirkətinin əsas fəaliyyət prinsiplərindən biri Azərbaycan tərcümə sahəsində həm texnologiyaya, həm də insan kapitalına ciddi sərmayə qoymaqdır. Şirkət yerli bazarda həm dövlət qurumlarına, həm də özəl şirkətlərə yazılı və şifahi tərcümə xidmətləri göstərməkdədir.