Ardıcıl olaraq danışmağı bacarmaq yaxşı qabiliyyətdir. Gözəl danışılanları ardıcıl və düzgün şəkildə tərcümə etmək isə xüsusi bacarıqdır. Biz gözəl və səlis şəkildə ardıcıl danışanların nitqini o formada da çatdırmağı zəruri bacarıq kimi mənimsəmişik. Ardıcıl tərcümədə danışan şəxs nitqin müəyyən yerində fasilə verərək tərcüməçiyə imkan yaradır ki, tərcüməçi deyilənləri auditoriyaya tərcümə etsin. Tərcüməçilər adətən hər 2-5 cümlədən sonra səsləndirilən fikri tərcümə etməyə başlayır. Bu zaman tərcüməçi açar sözləri qeyd edir və çıxış edənin fikrini çatdırmağa çalışır.
Ardıcıl tərcümə üzrə əsas istiqamətlərimiz:
- Neft-qaz sahəsi;
- İnkişaf layihələri;
- Ədliyyə və məhkəmə sistemi;
- Kənd təsərrüfatı sahəsi;
- İnformasiya Texnologiyaları sahəsi;
- Tibbi sahə;
- İqtisadiyyat sahələri;
- Maliyyə və qiymətli kağızlar bazarı sahəsi;
- Ekologiya sahəsi;
- Sənaye sahələri;
- Turizm və otelçilik sahələri.
Prosedur qaydaları:
-
Mövzunu incələyirik
İşimizi daha keyfiyyətli görmək üçün tərcüməçi qismində iştirak etdiyimiz bütün tədbirin mövzusunu əvvəlcədən analiz edirik. Sizin üçün hazırlaşırıq.
-
Seçim edirik
Komandamızdan tədbirinizdə ardıcıl tərcümə işini görəcək tərcüməçini diqqətlə seçirik. Sizin imiciniz bizim üçün çox önəmlidir.
-
İstiqamətləndiririk
Sizin tədbirin mahiyyətini iştirakçılara daha doğru şəkildə çatdırması üçün onu əvvəlcədən istiqamətləndiririk. Bu Sizin işinizə olan yanaşmamızdır.
-
Sizi dinləyirik
Biz hər zaman öz işimizi təkmil görməyə çalışırıq. Bunun üçün də hər tədbirdən sonra Sizin fikrinizi öyrənməyə çalışırıq.
Qeyd: Yuxarıda qeyd olunan məqamlar xidmətin icrası zamanı həyata keçirilən əsas prosedurlardır. Daha ətraflı məlumat əldə etmək üçün əlaqə saxlamağınızı rica edirik.