+994 50 661 22 20 | Həftə içi 5 gün, saat 09:00 – 18:00

News 08.04.2021

VERO Translation şirkəti xidmətlərini vizuallaşdırdı

Azərbaycan tərcümə sahəsində 5 ildən çox fəaliyyət göstərən VERO Translation şirkəti xidmətlərinin ikonalarını təqdim etdi. Sözügedən xidmət ikonları Marcom şirkəti tərəfindən hazırlanmışdır.

Xidmətlərlə bağlı fikrini bildirən VERO-nun rəhbəri Əli Əhmədov bunun yerli və beynəlxalq bazarda bir ilk olduğunu açıqladı. “Xidmətlərimizin vizuallaşdırılması ideyası Marcom şirkətinə məxsusdur. Onlar təklif etdilər ki, tərcümə sahəsində xidmətlər toxunulmaz olduğuna görə onları insanlar üçün toxunula bilən bir hala gətirməyimiz bazarda fərqlilik yaradacaqdır. Bizə bu təklif maraqlı gəldi və razılaşdıq. Nəticədə belə bir maraqlı işi ərsəyə gətirə bildik. Marcom-un hazırladığı xidmət ikonlarının öz fəlsəfəsi var. İkonların ümumi rəngi şirkətimizin əsas korporativ rəngidir. Onların üzərində qeyd olunan hərflər xidmətlərin beynəlxalq abreviaturalarıdır. Sol tərəfdəki rəqəmlər alt-xidmətin sayını bildirir. Rənglərə gəldikdə isə, yaşıl rəng xidmətin zəif, sarı orta, qırmızı isə yüksək tələbatlılığını göstərir.”

Marcom şirkətinin icraçı direktoru Ceyhun Fərzəliyev ikonların tərcümədə bir yenilik olduğunu söylədi. “Biz bu məsələ üzərində 2 aya yaxın düşünməli olduq. Bu müddət ərzində tərcüməyə aid bütün elementləri incələdik. Nəticədə şirkəti digərlərindən fərqləndirəcək belə bir marketinq aləti formalaşdırdıq. Bundan sonra VERO xidmət ikonlarını həm oflayn, həm də onlayn kommunikasiya vasitələrində istifadə edə bilər. Mən çox şadam ki, Marcom olaraq belə bir ilkə imza atmışıq.”

Qeyd edək ki, VERO və Marcom birlikdə tərcümə sahəsinə yeni xidmətlər gətirmək üzərində işləyirlər. Hər iki şirkət yeni təqdim olunacaq xidmətlərin fundamental və hüquqi tərəflərini təkmilləşdirir.

 

Son xəbərlər

news 21.12.2020

VERO yeni loqosunu təqdim etdi

Tərcümə sahəsində insan kapitalına və texnologiyaya sərmayələri ilə seçilən VERO Translation yeni korporativ dəsti-xəttini təqdim etdi.

Ətraflı
news 10.02.2021

VERO yenilənmiş saytını təqdim etdi

Azərbaycanda tərcümə sahəsinin inkişafı və yeni tərcüməçilərin formalaşması üçün səy göstərən VERO Translation yenilənmiş veb-saytını...

Ətraflı
news 04.03.2021

VERO Marcom şirkəti ilə əməkdaşlıq edəcək

Azərbaycanda yerli və xarici şirkətlərə 10-dan çox tərcümə növlərində xidmət göstərən VERO Translation Marcom şirkətinin.....

Ətraflı