Marketinq sahəsi üzrə tərcümə daha çox hisslərin ötürülməsi ilə bağlıdır. Onlayn bazamızda olan tərcüməçilər mətnləri Sizin nəzərdə tutduğunuz hədəf kütləsinə və seçdiyiniz kommunikasiya vasitələrini nəzərə almaqla tərcümə edirlər. VERO Tərcümə şirkəti olaraq Sizinlə eyni dalğanı paylaşmaq üçün marketinq sahəsində baş verən yenilikləri daima izləməkdəyik.
Marketinq üzrə tərcümə istiqamətlərimiz:
- Reklam mətnlərinin və şüarların tərcüməsi;
- Marketinq planların tərcüməsi;
- Kataloq və bukletlərin tərcüməsi;
- Sayt mətnləri və bloqların tərcüməsi;
- PR materiallarının tərcüməsi.