Şirkətlərin öz iqtisadi və biznes əlaqələrini inkişaf etdirmələri tərcümə sahəsinə olan tələbatı artırmaqdadır. Biz inkişafınızla bağlı atdığınız addımları dəstəkləyir və onların davamlı, o cümlədən uğurlu olması üçün bu sahədə Sizə dəstək göstərməkdə maraqlıyıq. Biz inanırıq ki, şirkətin xarici bazardakı imicinin formalaşması və uğurlu əməkdaşlıqların bir hissəsini də digər dillərdə doğru tərcümə olunmuş sənədlər təşkil edir. İqtisadiyyatın hansı sahəsini (bank, investisiya, sığorta, konsaltinq) təmsil etməyinizdən asılı olmayaraq, gördüyünüz işlərə keyfiyyət və dəyər qatmaq istəyirik.
İqtisadi tərcümə üzrə istiqamətlərimiz:
- Bank və sığorta sənədlərinin tərcüməsi;
- İqtisadi xəbərlərin tərcüməsi;
- Aylıq və ya illik maliyyə hesabatlarının tərcüməsi;
- Tədbirlərdə sinxron və ya ardıcıl tərcümə xidməti;
- Fərdi və korporativ görüşlərdə tərcüməçi xidməti.