Yazılı tərcümə üçün təqdim etdiyiniz mətnlərə görə əldə etdiyiniz nəticənin Sizin imicinizə, maliyyə vəziyyətinizə və əsəblərinizə necə təsir etdiyinin fərqindəyik. Yazılanları tərcümə etməyi çox insan bacarsa da, orada olan sözlərin dərinliyi və həqiqiliyini, üzərinə düşən məsuliyyəti az insan anlaya bilir. Biz müştərinin göndərdiyi mətnləri tərcümə edərkən, özümüzü həmin şirkətin tərkib hissəsi hesab edir, bu işə görə onunla eyni məsuliyyəti paylaşırıq.
Yazılı tərcümə istiqamətlərimiz:
- Layihə sənədlərinin tərcüməsi;
- Aylıq və ya illik hesabatların tərcüməsi;
- Müqavilələrin tərcümə olunması;
- Müxtəlif janrlı kitabların tərcüməsi;
- Məqalə və press-relizlərin tərcüməsi.
Prosedur qaydaları:
-
Ehtiyaclarınızı müəyyən edirik
Təqdim etdiyiniz mətnlərin doğru tərcümə etmək üçün materialların həcmini, spesefikliyini və icra müddətini müəyyən edirik. Başlanğıc önəmlidir.
-
Koordinasiyalı şəxs
Tərcümə zamanı proseslərin düzgün tənzimlənməsi üçün öz tərəfimizdən koordinasiyalı şəxs təyin edirik. Daimi kommunikasiyanın üçün bu çox vacibdir.
-
Tərcüməçi seçirik
Mətnlərinizi doğru tərcümə etmək üçün Sizin sahə üzrə ixtisaslaşmış tərcüməçi seçirik. Tərcüməçini Sizin şirkətlə bağlı məlumatlandırır, xüsusi tələblərinizi ona çatdırırıq.
-
Baza formalaşdırırıq
Şirkətinizin fəaliyyət istiqaməti üzrə mətn üslubu seçir, naməlum sözləri və terminləri müəyyən edərək, lüğət bazasını formalaşdırırıq. Bu işləri koordinasiyalı şəkildə edirik.
-
Yoxlayırıq
Tərcümə olunmuş mətnlər üzərində korrektə və redaktə işlərini həyata keçiririk. Sənədi tam hazır formata saldıqdan sonra rəy verməyiniz üçün Sizə təqdim edirik.
Qeyd: Yuxarıda qeyd olunan məqamlar xidmətin icrası zamanı həyata keçirilən əsas prosedurlardır. Daha ətraflı məlumat əldə etmək üçün əlaqə saxlamağınızı rica edirik.