Texniki tərcümə işi dünya üzrə müxtəlif dillərdə danışan insanlar arasında spesefik texniki məlumatların mübadiləsini doğru şəkildə təşkil etmək deməkdir. Bu istiqamət üzrə tərcümələrin əsasını məntiq, dəqiqlik və cümlələrdəki sözlərə qeyri emosional yanaşma təşkil edir. Ona görə də texniki mətnlərin tərcüməsi zamanı cümlə quruluşunun dəyişdirilməsinə və ya şəxsi improvizasiyalara yol verməməlidir. Texniki tərcümə işi təqdim olunmuş mövzunun dərinliyinə enməyi tələb edir. Bu sahənin mütəxəssisi olmaq üçün geniş teminaloji bazaya malik olmaq, proseslərin ardıcıllığını və sahənin jarqonlarını bilmək lazımdır. Tərcüməçi nəyin tərcümə olunmalı olduğunu və nəyin informasiya məzmununa qurban vermədən pərdə arxasında qalacağını daha dəqiq bilməlidir. Biz bu işin ciddiliyini anlayır və Sizinlə eyni məsuliyyəti paylaşırıq. Bir çox şirkətlər texniki tərcümə işlərini həyata keçirməkdən ehtiyat etsələr də, biz bu işi təcrübəmiz sayəsində daha peşəkarcasına icra edirik.
Texniki tərcümə üzrə istiqamətlərimiz:
- Neft-qaz sənədlərinin tərcüməsi;
- İstehsalat sənədlərinin tərcüməsi;
- Texniki təlimat sənədlərinin tərcüməsi;
- Standart norma sənədlərinin tərcüməsi;
- Texniki göstəricilərin tərcüməsi;
- Kənd təsərrüfatı sahəsi üzrə sənədlərin tərcüməsi.