+994 50 661 22 20 | Həftənin iş günləri saat 08:00-17:00

DTP

Desktop Publishing (DTP) xidmət növü bir çox yerli bazar iştirakçıları üçün yeni hesab olunsa da, qlobal tərcümə bazarında ciddi paya sahibdir. Bu xidmət çərçivəsində tərcümə şirkəti sifarişçi tərəfin təqdim etdiyi materiallarda olan vizualların yenidən dizayn olunmasını, müvafiq dəyişiklik edilməsini də həyata keçirir. DTP xidmətindən daha çox layihə və ya texniki sənədlərin tərcüməsi zamanı istifadə olunur. Şəkil üzərində olan söz və ya cümlələrin həcmi tərcümədən sonra dəyişdiyi üçün təqdim olunmuş orada dizayn dəyişiklikləri və ya sıfırdan dizaynın işlənilməsi zərurəti yaranır.

Prosedur qaydaları:

Qeyd: Yuxarıda qeyd olunan məqamlar xidmətin icrası zamanı həyata keçirilən əsas prosedurlardır. Daha ətraflı məlumat əldə etmək üçün əlaqə saxlamağınızı rica edirik.

Xidmətin üstünlükləri:

  • Orijinallığı saxlayırıq

    Təqdim etdiyiniz materiallardakı şəkil və ya qrafiklərin orijinallığını qoruyub saxlamaq üçün bütün texniki gücümüzü səfərbər edirik.

  • İşinizi asanlaşdırırıq

    Vaxtınıza qənaət etmək və imicinizə dəyər qatmaq məqsədi ilə cümlələrdə olan bütün redaktə və korrektə işlərini həyata keçiririk.

  • Eyniləşdiririk

    Sənədi oxuyacaq şəxslərin gözlərinin yorulmaması üçün tərcümə olunduqdan sonra materialda olan bütün hissələri eyni formata salırıq.

  • Bərpa edirik

    Elektron formada oxunması mümkün olmayan fontları xüsusi lisenziyalı proqram təminatı vasitəsilə tapıb bərpa edirik.

  • Vizuallaşdırırıq

    Tərcümə olunmuş materiallarda yer alan vizualların daha müasir dizayn standartlarına cavab verməsi üçün təkliflər veririk.

Siz ən yaxşı tərcümə xidmətinə layiqsiniz

Formatlar: .ppt .pptx .pdf .xlsx .xls .doc .docx .csv