+994 50 661 22 20 | Həftə içi 5 gün, saat 09:00 – 18:00

Sinxron tərcümə

Sinxron tərcümə xidməti müştərilərə təklif etdiyimiz xidmətlər içərisində ən çətin istiqamətlərdən biridir. Bu xidmət növü digərlərindən nitq söyləyən şəxsin səsləndirdiyi fikirləri fasilə vermədən anında tərcümə etməsi ilə seçilir. Bu tərcümə növündən adətən müxtəlif təyinatlı konfranslarda və tədbirlərdə istifadə olunur. Tərcümə edən şəxsə xüsusi eşitmə, səs aparatları və mikrofonla təchiz olunmuş kabinə ayrılır.

Prosedur qaydaları:

  • Brifi doldururuq

    Təşkil olunmuş tədbirlə bağlı ehtiyaclarınızı daha yaxşı anlamaq və keyfiyyətli xidmət göstərmək məqsədi ilə şirkət təmsilçimiz Sizinlə əlaqə saxlayaraq tədbirlə bağlı təfərrüatları dəqiqləşdirir.

  • Tərcüməçi təyin edirik

    Daima yenilənən tərcüməçi bazamızdan Tədbirinizin mövzusu üzrə ixtisaslaşmış tərcüməçi və ya tərcüməçiləri seçib, Sizə yönləndiririk.

  • Sürətini yoxlayırıq

    Nitq söyləyəcək şəxslərin danışıq sürəti ilə tərcüməçinin tərcümə etmə və fikri səsləndirmə sürətinin uyğunluğunu təmin etməyə çalışırıq. Bu tədbir iştirakçılarının rahatlığı üçün vacibdir.

  • Test edirik

    Tərcümə prosesinin kəsintisiz olması üçün tədbirinizdə istifadə üçün nəzərdə tutulmuş cihazları test edirik. Tədbir zamanı yarana biləcək texniki nasazlığı aradan qaldırmaq üçün ehtiyat cihazlar saxlayırıq.

Qeyd: Yuxarıda qeyd olunan məqamlar xidmətin icrası zamanı həyata keçirilən əsas prosedurlardır. Daha ətraflı məlumat əldə etmək üçün əlaqə saxlamağınızı rica edirik.

Xidmətin üstünlükləri:

  • Təcrübəmiz var

    Ölkədə keçirilən tədbirlərin əksəriyyətində sinxron tərcümə işi bizim payımıza düşür. Tədbir təşkilatçılarının yenidən bizə müraciət etməsi təcrübə və peşəkarlığımızdan xəbər verir.

  • Texniki biliyimiz var

    Təcrübə göstərir ki, bir çox hallarda tərcüməçi və ya nitq söyləyən şəxs cihazlarda nasazlıqla qarşılaşır. Texniki imkanlarımız yaranmış problemi operativ şəkildə həll etməyə kömək edir.

  • Paralelliyi təmin edirik

    Çıxış edən şəxsin nitqini fasiləsiz və paralelliyi qoruyaraq tərcümə edirik.

  • Hər kəsə xitab edirik

    Tərcümə etdiyimiz fikirlərin tədbir iştirakçılarının hər birinə daha aydın olması üçün sözləri diqqətlə seçirik.

Siz ən yaxşı tərcümə xidmətinə layiqsiniz

Formatlar: .ppt .pptx .pdf .xlsx .xls .doc .docx .csv

Qeyd.

Yuxarıda qeyd olunan məqamlar xidmətin icrası zamanı həyata keçirilən əsas prosedurlardır. Daha ətraflı məlumat əldə etmək üçün əlaqə saxlamağınızı xahiş edirik.