(+994 51) 201 40 03 | Həftə içi 5 gün, saat 09:00 - 18:00

Şirkət Rəhbərinin Müraciəti

Əli Əhmədov

VERO-nun tarixi bir çox böyük şirkətlər kimi Silikon Vadisində, qarajda başlamasa da, fəaliyyət sahəmizi Silikon Vadisinə çevirməyi hədəfləyirik.

Şirkət Azərbaycanda istər fərdlərin, istərsə də şirkətlərin tərcümə ehtiyaclarını qarşılamaq üçün insan kapitalına və texnologiyaya sərmayə qoyur. Biz ölkəmizin gənc və perspektivli tərcüməçilərinin bu sahədə daha peşəkar səviyyəyə gəlməsində maraqlıyıq.

Ölkəmizdə tərcümə sahəsinin sürətlə və doğru şəkildə inkişafı fərqli sahələrdən olan şirkətlərin beynəlxalq arenaya sürətlə çıxmasına təkan verəcəkdir. Bu sahənin ölkə iqtisadiyyatına qatdığı dəyər ümumilikdə tərcümə sahəsinə olan tələbatı və inkişaf potensialını daha da artıracaqdır. Qeyd olunan inkişafın hiss olunması üçün bu işlə məşğul olan şirkətlərin peşəkarlığının nəzərəçarpan sәviyyәyә çatması lazımdır.

VERO şirkətinin əsas məqsədi tərcümə xidmətləri işini təkmilləşdirmək və texnologiya ilə inteqrasiyasını təmin etməklə, bazar iştirakçılarının bu sahədə üzləşdiyi boşluğu doldurmaqdır. Biz bütün əməkdaşlarımızla birlikdə bu məqsədə nail olmaq üçün fəaliyyətimizi davam etdiririk.

VERO müştərilərinin xarici bazarda öz imiclərini, çatdırmaq istədikləri ifadə və fikirlərini doğru şəkildə və lazımi səviyyədə təqdim etməkləri üçün çalışır.

Hörmətlə, Əli Əhmədov